Cüme, 19/Апреля/2024, 08:15
Приветствую Вас Qonaq | RSS
Bu günün mövzuları
Onliine olanlar
Statistika
Flag Counter
Daxil ol

Unutma!
Sorğu
Namaz qiliram?
Cemi cavab: 125
Videolar

اللهEdrikna Ya Mehdi (e.f)!الله

Qəlb təmiz olarsa dildən gözəl sözlər çıxar. Hz Əli (ə.s) ............... Mövzulara rəy yazmağı unutmayın ............

Главная » 2013 » İyul » 11 » Hamilə qadın oruc tuta bilərmi?
08:31
Hamilə qadın oruc tuta bilərmi?

        Bəzi hamilə xanımlar oruc tutmağın hamiləlikdə qoyduğu mənfi təsirləri hiss edib oruc tutmurlar, digərləri isə, hamiləliyin axırlarında taqətdən düşməklərinə baxmayaraq, Ramazan ayının orucunu tuturlar. Onlardan hansının düzgün qərar verdiyini necə bilmək olar? Rəvayətlərə nəzər saldıqda və hamilə xanımların fiziki durumlarını araşdırdıqda hamilə xanımların doğru qərar verməkləri asanlaşar. Belə ki, hamiləlikdə uşağın və ananın sağlam inkişafına önəm verildiyi üçün İslam məsələnin həllini xanımların öz ixtiyarına qoyur. Həmin rəvayətlərdən bəzisini nəzərinizə çatdırırıq: İmam Cəfər (ə) oruc tutanın və xəstənin həddini bəyan edərək belə buyurub: "Bu onun özundən asılıdır, çünki qadın öz fiziki durumunu digərlərindən daha yaxşı başa düşür”. Əba Cəfərdən (ə) rəvayət olunur ki, doğuşuna yaxın olan hamilə qadınlar və südü az olan analar Ramazan ayının orucunu tutmaya bilərlər. Çünki onların oruc tutmağa taqətləri olmur. Sonradan orucun qəzasını tutmalı və sədəqə verməlidirlər”.
 
Həmçinin hamiləliyin ilk aylarında da ortaya çıxan bəzi dözülməz hallar, ürək bulanması, sürətlə qidalanmaq hamilədə xəstə hökmünü ortaya çıxarır. Əlbəttə, hər kəsin vəziyyəti fərqli ola bilər. Habelə, hamiləliyin axır vaxtlarında da oruc tutmaq ana üçün dözülməzdir. Çünki uşağın inkişafı axır üç ayda sürətlə artır. Axır iki ayında isə, uşağın çəkisi iki bərabər olur. Bu zaman döl birbaşa ananın qanı ilə qidalandığından, dölün qidaya olan ehtiyacı ananı kifayət qədər yeməyə sövq edir. Belə ki, iştahanın artması səbəbilə mədə fasiləsiz çalışır. Bu vaxt ana az miqdarda, lakin tez-tez yeməlidir. Əgər süd vermək səbəbilə ananın südü azalarsa və bununla da körpənin qidalanmağında problemlər ortaya çıxarsa, onda imam Hadinin (ə) hədisindən istifadə edərək deyə bilərik ki, bu qisim analar oruclarını daha sonra qəza edəcəklər. Hədisin mətni bu cürdür: "Əgər uşaq üçün dayə tutmaq mümkündürsə, dayə tutulmalı və bu halda ana öz orucunu qəza etməməlidir. Bu hal onun üçün mümkün olmazsa, orucunu yeməli və körpəsini əmizdirməlidir. Daha sonra imkan düşəndə orucunun qəzasını tutmalıdır”.
 
 
Hamilə qadının oruc tutmasına dair şəri hökmlər
 
– Əgər hamilə qadın orucun bətnindəki uşağa zərəri olacağından qorxsa, oruc tutmamalı və hər gün üçün fidyə verməlidir. Sonralar orucun qəzasını tutmalıdır. (Ayətullah Xamenei "Şəri suallara cavab”, 803 və 806-cı suallar)
 
– Əgər süd verən qadın oruc tutma nəticəsində südünün azalması və ya quruması səbəbilə körpəsinə zərər olacağından qorxsa, oruc tutmamalıdır. O, hər gün üçün fidyə verməli və sonralar orucun qəzasını tutmalıdır. (Ayətullah Xamenei "Şəri suallara cavab”, 747-ci sual)
 
Diqqət: İki il ardıcıl hamilə qalan qadın əgər şəri üzrü olduğuna görə oruc tuta bilməsə, təkcə orucun qəzası ona vacib olur. Əlbəttə əgər onun şəri üzrü orucun bətnindəki körpəyə və ya dünyaya gələn körpəsinə zərəri olacağından irəli gələn qorxudursa, orucun qəzasından əlavə hər gün üçün fidyə də verməlidir. Habelə, əgər orucun qəzasını şəri üzrü olmadan gələn ilin Ramazan ayınadək tutmasa, qəza və fidyədən əlavə qəza orucunu təxirə salma kəffarəsi də ona vacib olur. (Ayətullah Xamenei "Şəri suallara cavab”, 806-cı sual)
Категория: Qurani Kərim | Просмотров: 881 | Добавил: WahHuseyn3974 | Рейтинг: 0.0/0
Всего комментариев: 4
12/Июля/2013
4. Ceyhun Efendiyev (WahHuseyn3974) [Material]
Beli

12/Июля/2013
3. yuiya [Material]
Bunu hergun vermek lazimdi?

12/Июля/2013
2. Ceyhun Efendiyev (WahHuseyn3974) [Material]
Fidyənin miqdarı

Fidyə, bir müdd təamdan ibarətdir və yoxsula verilməlidir. Bir müdd=750 qr. yеməkdir. (Ayətullah Xamenei "Şəri suallara cavab", 747, 752 və 806-cı suallar)

12/Июля/2013
1. Yuliya [Material]
Tewekkurler xebere gore.Allah razi olsun .fidye nedi bilmek olar?

Имя *:
Email *:
Код *: