Cüme axşami, 25/Апреля/2024, 14:53
Приветствую Вас Qonaq | RSS
Bu günün mövzuları
Onliine olanlar
Statistika
Flag Counter
Daxil ol

Unutma!
Sorğu
Namaz qiliram?
Cemi cavab: 125
Videolar

اللهEdrikna Ya Mehdi (e.f)!الله

Qəlb təmiz olarsa dildən gözəl sözlər çıxar. Hz Əli (ə.s) ............... Mövzulara rəy yazmağı unutmayın ............

Главная » 2014 » Fevral » 26 » İmamət
12:48
İmamət


Peyğəmbərin (s) və Əlinin (ə) mövla olması dedikdə məqsəd nədir?

Bir çox dəlillər şəhadət verir ki, bu ifadədən məqsəd, ümmətə dini siyasi rəhbərlikdir. Aşağıda onların bə`zilərini qeyd edirirk:

1-Qədir Xum hədisində qeyd olunur ki, Həzrət Peyğəmbər (s) hacıların karvanını susuz bir məntəqədə və qızmar bir gündə dayandırdı. Hava o qədər isti idi ki, hacılar əbalarının bir ucunu başlarına atmış, digər bir ucunu isə yerə sərib, üstündə əyləşmişdilər. Bu müqəddimələrə diqqətlə nəzər yetirdikdə mə`lum olur ki, onların taleyində mühüm rol oynayan, İlahi və böyük bir vəzifə haqqında söhbət edəcək. Doğrudan da dinin qorunmasına, müsəlmanların vəhdətinə səbəb olan İlahi rəhbər və canişinin tə`yin olunması müsəlmanların taleyini həml etməkdə mühüm rol oynadı.

2-Həzrət Peyğəmbər (s) xalqa Həzrət Əlinin (ə) rəhbərliyini çatdırmamışdan qabaq, tovhid, nübüvvət və məaddan söhbət etdi, xalqı da onlara şəhadət verməyə də`vət etdi. Sonra isə ilahi xəbəri bəyan etdi. Əvvəl dinin əsaslarından söhbət etmək, sonra isə xalqdan iltizam almaq həmin xəbərin əhəmiyyətli olmasını göstərir. "u Peyğəmbərin fövqəl-adə və böyük bir toplanış təşkil etməkdə əsas hədəfi, xüsusi bir fərdlə "dostluq” etməyi sifariş etməsi kimi adi bir iş deyildir, əksinə, bu iş ən böyük və ağır vəzifələrdən biri idi.

3-Həzrət Peyğəmbər (s) xütbənin başlanğıcında öz vəfatının yaxınlaşmasından xəbər verdi. Bu da onu göstərir ki, o özündən sonra ümmətin taleyi barədə nigaran və narahatdır. Buna görə də ümmətin gələcəkdə təhlükəyə və ixtilafa düşməməsi üçün rəhbər tə`yin etmək hər işdən mühüm idi.

4-Peyğəmbər (s) Əli (ə) barədə ilahi xəbəri bəyan etməzdən qabaq, özünün hamıdan üstün və onların ixtiyar sahibi olmasından söhbət edərək buyurdu: "Allah mənim mövlamdır, mən də mö`minlərin mövlasıyam və hər bir mö`minə onun özündən artıq ixtiyar sahibiyəm.” Bu mətləblər onu göstərir ki, Əlinin (ə) "mövla olması” Peyğəmbərin mövla olması ilə eyni bir səviyyədədir O Həzrət Allahın əmri ilə bu üstünlüyü Əli (ə) üçün də isbat etdi.

5-Həzrət Peyğəmbər (s) ilahi xəbəri bəyan etdikdən sonra, orada hazır olanlardan istədi ki, bu sözü (Əlinin rəhbər və imam olmasını) qaib olanlara da çatdırsınlar.

***

İslam tarixi göstərir ki, Peyğəmbərin (s) düşmənləri, onun ilahi dinini məhv edib söndürmək üçün müxtəlif hiylələr işlətmişlər. (Həzrət Peyğəmbəri sehr və cadu ilə mütəhim etdilər, onu qətlə yetirimək istədilər və s.) Amma bütün yerlərdə Allah lütf və kərəm nəzəri daim Peyğəmbərin üstündə idi və onu müşriklərin məkrli hiylələrindən qoruyub saxladı.

Onların son ümidi bu idi ki, Peyğəmbərin vəfatı ilə bu də`vət də sönəcək. Onlar deyirdilər:  "Yoxsa deyirlər ki, o, (Peyğəmbər) şairdir?! Çə biz (ruzigarın gərdişi nəticəsində) onun başına gələn müsibəti (ölümü) gözləyirik.!”[1]

Bu fikir müşiriklərin və münafiqlərin çoxunun başında dolaşırdı. Amma Peyğəmbər (s) özündən sonra canişin və xəlifə tə`yin etməklə, müxalifləri naümid etdi. Bununla da dinin əbədi qalmasına zəmanət verərək, onun sütunlarını möhkəmlətdi. İslam ne`məti belə bir rəhbərin tə`yin edilməsi ilə kamala çatdı. Məhz bu səbəbdən Qədir Xum günündə, Əli (ə)-ın rəhbər və imam tə`yin olunmasından sonra "dinin kamilləşməsi” ayəsi nazil oldu:

 "Bu gün kafirlər sizin dininizdən (onu məhv edə bilmədikləri üçün) naümid oldular. Onlardan qorxmayın, Məndən qorxun. Bu gün dininizi tamamlayıb mükəmməl etdim. Ne`mətimi sizlərə tamamladım və bir din kimi, sizin üçün islamı bəyənib seçdim.”[2]

Peyğəmbərin (s) özündən sonra canişin və xəlifə tə`yin etməsinin, ilahi bir hökm olduğunu isbat edən rəvayətlərdən əlavə, tarixi hadisələr də göstərir ki, Peyğəmbər (s) hələ Mədinədə hökumət təşkil etmədiyi və Məkkədə yaşadığı günlərdə özündən sonrakı rəhbərlik məsələsinin ilahi bir məsələ olmasını bəyan etmişdi. Məsələn; Bəni Amir qəbiləsinin rəisi həcc mərasimində Peyğəmbərin (s) hüzuruna gələrkən dedi:

-Ya Peyğəmbər! Biz sənə bey`ət etdik, sən də müxaliflərə qalib gəldin. Görəsən, biz rəhbərlik məqamından bəhrələnəcəyik?

 Peyğəmbər (s) cavabında buyurdu:

-Bu iş Allaha aiddir, onu istədiyi şəxsə tapşıracaq.[3]

 Əgər rəhbərlik məsələsi xalqın öhdəsinə qoyulsaydı, onda Peyğəmbər belə buyurmalı idi: "Bu iş ümmətə aiddir”. Peyğəmbərin rəhbərlik haqda olan sözü, eynilə Allahın risalət haqda olan sözünə bənzəyir:

 "Allah peyğəmbərliyi kimə tapşıracağını Özü daha yaxşı bilir.”[4]

 

***

 

Xəlifənin Allah trəfindən tə`yin edilməsi və bu işdə camaatın heç bir rol ifa edə bilməməsi Həzrət Peyğəmbərin vəfatından sonra səhabələr arasında qanuni və zəruri bir iş kimi tanınmışdır: Yə`ni Xəlifə və rəhbəri ümmət tə`yin edə bilməzdi, əksinə onu Allahın əmri ilə Peyğəmbər (s) tə`yin etməli idi. Amma birinci xəlifədən başqa, ikinci xəlifə birinci xəlifənin vasitəsilə, üçüncü xəlifə isə ikinci xəlifənin tə`yin etdiyi altı nəfərlik şuranın əli ilə seçildi.

İkinci xəlifənin Əbu Bəkr tərəfindən deyil, əksinə digərlərinin təklifi ilə seçilməsi təsəvvüri qəti tarixi həqiqətin əksinə olan bir sözdür. Çünki, hələ birinci xəlifənin sağlığında Peyğəmbərin səhabələri Ömərin xəlifə seçilməsinə e`tiraz etdilər. Onlardan biri də Zübeyr idi. Əgər onun xəlifə seçilməsi təklif əsasında olsaydı, onda səhabələr e`tiraz etməzdi. Ömərin Əbu Bəkrin tərəfindən seçilməsindən əlavə, üçüncü xəlifə də ikinci xəlifənin tə`yin etdiyi altı nəfərlik şura tərəfindən seçildi.

Peyğəmbərin səhabələri daim ümumxalqın nəzərinə müraciət etmədən xəlifə tə`yin etmək barədə fikirləşirdilər. Onların e`tiqadlarına görə, bir xəlifə mütləq özündən qabaqkı xəlifənin vasitəsilə seçilməlidir. Məsələn: ikinci xəlifə yaralanarkən, Peyğəmbərin həyat yoldaşı Ayişə, Əbdüllah ibni Ömərin vasitəsi ilə ona xəbər göndərib dedi: "Mənim salamımı atana çatdır və de ki, Peyğəmbər ümmətini çobansız qoyma!”[5]

Əbdüllah ibni Ömər də atası xəstə olduğu vaxtlarda onu xəlifə tə`yin etməyə tövsiyə edib deyirdi:-Hamı sənin haqqında danışır və elə fikirləşirlər ki, özündən sonra rəhbər və canişin tə`yin etməyəcəksən. Əgər sənin dəvələrini və qoyunlarını otaran çoban, onları səhrada yiyəsiz, özbaşına buraxsa, onu danlamazsan? Xalqın halını nəzərə almaq, dəvə və qoyunların halını nəzərə almaqdan daha üstündür. Onlar üçün bir xəlifə seç![6]

***

İmamət mövzusunun əvvəlində qeyd etdiyimiz kimi, müsəlmanların nəzərində Peyğəmbərin canişini və imam o kəsdir ki, (Allah tərəfindən din və şəriət gətirmək işi istisna olmaqla) Peyğəmbərin (s) qalan bütün vəzifələrini öhdəsinə alsın. İmamət məsələsinin əhəmiyyətini dərk etmək üçün Peyğəmbərin ən mühüm vəzifələrini qeyd edirik:1-Qur`ani-kərimin məfhumlarını başa salmaq və ondakı çətinlikləri həll edib aydınlaşdırmaq Həzrət Peyğəmbərin (s) mühüm vəzifələrindən biri idi. Qur`anda buyurulur:

 "Xalq üçün nazil olan Qur`anı onlara izah edib, aydınlaşdırmaq üçün (bu) Qur`anı sənə nazil etdik.”[7]

2-Şəriət hökmlərini xalqa bəyan etmək Peyğəmbərin digər vəzifələrindən biri idi. Onların bə`zisi ayə tilavət etməklə, bə`ziləri isə o Həzrətin davranışı vasitəsilə bəyan olunurdu. Həzrət Peyğəmbər (s) tərəfindən hökmlərin bəyan olunması tədrici və gündəlik hadisələrlə əlaqədar idi və buna görə də bu bəyanın ardıcıl şəkildə olmasını tələb edirdi. Halbuki, o Həzrətdən dini hökmlər barəsində nəql olunan hədislərin sayı beş yüzdən çox deyildir.[8] Bu qədər hədis isə islam ümmətinə qanunvericilik üçün kifayət deyildir.

3-İslam Peyğəmbəri (s) haqq mehvəri olub öz bəyan və rəftarı ilə ümmətin əqidələrində yaranacaq azğınlıqların qarşısını aldığına görə, o Həzrətin sağlığında firqəçilik problemi irəli gəlmədi.

4-Din və e`tiqad ilə əlaqədar suallara cavab vermək;

5-Cəmiyyət üzvlərini öz danışıq və rəftarı ilə tərbiyələndirmək.

6-İslam cəmiyyətində ictimai ədaləti və ümumi təhlükəsizliyi bərpa etmək;

7-Düşmənlər müqabilində İslam ölkəsinin sərhədlərinivə bir sözlə, onun varlığını hərtərəfli müdafiə etmək və s.

Qeyd etmək lazımdır ki, altıncı və yeddinci vəzifələri yerinə yetirmək, xalq tərəfindən seçilmiş hər hansı bir rəhbərin də əlindən gələ bilər. Lakin bu ikisindən əvvəl qeyd olunmuş vəzifələri (Qur`an məfhumlarının, dini hökmlərin bəyan edilməsi, çətinliklərinin həlli, s.) icra etmək isə sonsuz qüdrətli və elmli Allahın xüsusi inayəti altında olan, həmçinin Peyğəmbərin (s) getdiyi yol ilə düzgün hərəkət edən şəxslərin varlığını tələb edir. Yə`ni bu vəzifələri həyata keçirmək və ümmətə lazımınca rəhbərlik etmək üçün Peyğəmbərin (s) elminə yiyələnib, hər növ azğınlıq və xətadan uzaq olmaq lazımdır.

Bununla belə, Peyğəmbərin elmlərinə yiyələnən şəxs heç vaxt peyğəmbər ola bilməz və yeni bir şəriət gətirə bilməz. Peyğəmbərlik məqamı da heç vaxt imamət məqamı ilə bərabər ola bilməz.

Mə`lumdur ki, belə bir xüsusiyyətlərə malik olan şəxsi rəhbər tə`yin etmək, ümmətin bilik və bacarığı dairəsindən kənardadır. Məhz belə bir rəhbər Allahın fərmanı əsasında və Peyğəmbərin vasitəsilə tə`yin olunmalıdır. Həmçinin yuxarıda qeyd olunan vəzifələrin həyata keçməsi, Peyğəmbərin tə`yin etdiyi imamın xalq tərəfindən hərtərəfli himayə etməsindən asılıdır. Çünki Allahın tə`yin, Peyğəmbərin isə e`lan etməsi kafi şərt deyildir və təkcə bu şərt daxilində ilahi hədəflər həyata keçə bilməzdi. Peyğəmbərin (s) vəfatından sonra yaranan bir sıra mənfi hallar və ümmətin bir hissəsinin tərəfbazlıq etməsi heç də o Həzrətin öz vəzifəsinə əməl etməməsi, yaxud özündən sonra ümmətin idarə edilməsi üçün tədbir tökməməsi və ya onun işlərinin nöqsanlı olması üzündən irəli gəlməmişdir. Bunların əsas səbəbi bə`zi şəxslərin öz nəzərini Peyğəmbərin nəzərindən üstün tutması, həmçinin öz şəxsi məsləhət və mənafeyini Allahın və Peyğəmbərin (s) açıq-aşkar hökmlərindən üstün tutmasından irəli gəlmişdir. Bu isə tarixdə baş vermiş nadir hal deyil. İslam tarixində buna oxşar çox hadisə baş vermişdir.[9]

***

İmam (ilahi rəhbər) təkcə ölkəni idarə etmək üçün tə`yin olunmamışdı, onun qeyd olunan başqa vəzifələri də vardır. Qur`anın təfsir edilməsi, dini hökmlərin bəyan olunması, e`tiqadla əlaqədar yaranan suallara qaneedici cavab verib onları hər növ e`tiqadi azğınlıqdan, şəriəti təhrif olunmaqdan qoruyub saxlamaq və sair kimi işlər yalnız geniş elmə yiyələnib günah qarşısında mə`sum olmaqla mümkündür.

Halbuki, adi adamlar belə xüsusiyyətlərə malik olmayıb, heç vaxt xəta və səhvdən uzaq ola bilməzlər.Əlbəttə, qeyd olunmalıdır ki, ismət (günahsızlıq) heç də peyğəmbər olmaq demək deyildir. Çünki insanın bə`zi vaxtlar mə`sum olmaqla yanaşı, peyğəmbər olmaması da mümkündür. Buna ən gözəl misal Həzrət Məryəm (ə)-dır ki, "peyğəmbərlərin isməti” fəslində o onun günahsız (ismətli) olmasının dəlilləri qeyd olundu.[10]

Bunlardan əlavə, imamın (ilahi rəhbərin) mə`sum olmasına dairəqli dəlillər də mövcuddur. Onların bə`zisini qeyd edirik:

1-Allah-taalanın qəti iradəsi bu olmuşdur ki, Əhli-beyti (ə) hər növ çirkinlik və günahlardan pak etsin. Qur`ani-kərimdə buyurur:  "Allahın iradəsi bu olmuşdur ki, hər növ çirkinliyi yalnız siz Əhli-beytdən kənar etsin və sizi hər bir eybdən pak və uzaq etsin.”[11]

Bu ayə Əhli-beytin (ə) mə`sum olmasına belə dəlalət edir: Allah-taalanın onları hər bir eybdən və çirkinlikdən uzaq etməsini istəməsi, onların mə`sum və günahsız olması ilə bərabərdir. Çünki ayədəki "rics" (yə`ni çirkinlik və eyb) sözü hər növ fikri, ruhi və rəftarda olan çatışmamazlıqlara aid olub, əsas e`tibarı ilə günah sözünü ifadə edir. Bu paklıq bütün ümmətdə deyil, təkcə xüsusi şəxslərdə olduğundan hamının bəhrələndiyi ümumi paklıqdan fərqlidir. Bütün ümmətin paklığının iradə olunması, yalnız ilahi-təşrii (ilahi qanunvericilik) iradəsini ifadə edir.[12] Bu da onların itaətsizliyi nəticəsində həyata keçməyə bilər. Halbuki, Əhli-beyt (ə) haqqında olan paklıq iradəsi isə təkvini iradəsini bəyan edir, yə`ni onlar əbədiyyətə qədər, həmişə günahlardan pak və uzaq olacaqdır.

Bunu da qeyd etmək lazımdır ki, Əhli-beytin (ə) paklıq və ismət barədə Allahın təkvini iradəsi onlardan ixtiyarın alınıb məcburiyyətdə qalmalarını yetirmir.

Peyğəmbərlərin mə`sum olması onların ixtiyarını əllərindən almadığı kimi, mə`sum imamların da bu isməti onların ixtiyarını aradan aparmır. (Bu məsələ e`tiqadi kitablarda ətraflı şəkildə açıqlanmışdır.)

2-"Səqəleyn” hədisində Həzrət Mühəmməd (s) buyurur:  "Mən sizin aranızda iki böyük əmanət qayub gedirəm. Onlardan biri Allahın kitabı (Qur`an), digəri isə Əhli-beytmidir”.

Gördüyünüz kimi, Həzrət Peyğəmbər (s) öz Əhli-beytini (ə) Qur`ani-kərim ilə yanaşı qeyd etmişdir. Deməli, Qur`ani-kərim hər növ səhv, xəta və azğınlıqdan uzaq olduğu kimi, o Həzrətin Əhli-beyti də hər növ fikir və əməl (rəftar) cəhətindən pak və təmizdir. Bu mətləb hədisin davamında daha çox nəzəri cəlb edir:

 "Bu iki böyük əmanətə (Qur`an və Əhli-beytə) sarılsanız, heç vaxt azğınlığa düşməyəcəksiniz”.

 "Mənim yadigar qoyduğum bu iki əmanət heç vaxt bir-birindən ayrılmaz və qiyamət günü "(Kovsər) hovuzu kənarında mənim yanıma gələcəklər”.

Aydın məsələdir ki, heç vaxt Qur`andan ayrılmayan və itaət olunduqda insanı hidayət edən Əhli-beyt (ə) hər növ xəta və günahdan uzaqdır.

3- "Səfinə” hədisində o Həzrət (s) öz Əhli-beytini (ə) Nuhun (ə) gəmisinə bənzədərək buyurmuşdur:  "Mənim Əhli-beytimin ümmətim arasındakı məsəli, Nuhun gəmisinin məsəli kimidir: ona minənlər nicat tapacaq, üz döndərənlər isə qərq olacaqdır”.[13]

İxtisarla qeyd olunan dəlillərə əsasən Əhli-beyt (ə) hər növ xəta və günahdan uzaq və mə`sumdur. Bunun dəlilləri təkcə qeyd olunanlarla bitmir.

 


 

[1] "Tur” surəsi, ayə 30.

[2] "Maidə” surəsi, ayə 3.Sünni alimi Fəxri Razi öz təfsirində belə deyir: Bu ayə nazil olandan sonra Həzrət Peyğəmbər (s) 81-82 gündən artıq yaşamadı və ondan sonra da heç bir dəyişikliklər baş vermədi. Buna əsasən, bu ayə "Vida” Həccindən sonra zil-həccə ayının 18-ci günündə Qədir Xum adlı bir məntəqədə nazil oldu. Sünnülərin nəzəriyyəsinə əsasən həzrət Peyğəmbər (s) rəbiul-əvvəl ayının 12-də dünyadan köçdü. Əgər zil-həccə ayı ilə rəbiül-əvvəl ayının 12-si arasında olan üç ayın axırıncı günlərini hesaba almasaq, Qədir günündən sonra Peyğəmbər düz 82 gündən sonra vəfat etmiş olur.

[3] "Sireyi ibni Hişam”, 2-ci cild, səh. 422.

[4] "Ən`am” surəsi, ayə 124.

[5] "Əl-imamətü vəs-siyasət”, 1-ci cild, səh. 32.

[6] "Hilyətul-övliya”, 1-ci cild, səh. 44.

[7] "Nəhl» surəsi, ayə 44.

[8] "Əl-vəhyyul-Mühəmməd”, səh. 212 (altıncı çapı).

[9] Ətraflı mə`lumat almaq üçün Əllamə Seyyid Ə·dülhüseyn Şərəfuddin Amilinin "Ənnəssu ‚əl-ictihad» kita·ına ·axa ·ilərsiniz.

[10] "Əl-ilahiyyat», 2-ci cild, səh. 146-198.

[11] "Əhsab» surəsi, ayə 33.

[12] Çünki "Maidə» surəsinin 6-cı ayəsi, dəstəmaz ayəsinin ardınca nazil olmuşdur.

[13] "Müstədrəki-hakim», 2-ci cild, səh.151. "Xəsaisi-äu·ra», (Süyutu), 2-ci cild, səh.266.

Категория: Qurani Kərim | Просмотров: 1541 | Добавил: WahHuseyn3974 | Рейтинг: 0.0/0
Всего комментариев: 2
12/Октября/2014
2. Nura nura (Nura) [Material]
Qedir xum bayrami munasibetile butun Ali (e) awiqlerini tebrik edirem, bayramimiz mubarek!

26/Февраля/2014
1. Samir [Material]
Allah razı olsun

Имя *:
Email *:
Код *: