23:16 İmam Sadiq ə. və İmam Kazim ə.-dan hədislər. | |
İmam Sadiq ə.
• Hər kəs Allah yolunda öldürülsə, Allah ona heç bir günahını göstərməz. (Bütün günahları bağışlanar). • Ailə xərci qorxusundan evlənməyən kəs Allaha münasibətdə bədgüman olmuşdur. • Hər kəs mömini yoxsulluğuna görə alçaq saysa, Allah-taala qiyamət günü onu xalq qarşısında rüsvay edər. • Bütün peyğəmbərlər bizim (biz Əhli-beytin) üstünlüyümüzü və haqqımızı tanıyaraq məbus olmşdur. • Allah-taalaya münasibətdə nikbinlik budur ki, Ondan başqasına ümid bağlamayasan və günahlarından başqa heç nədən qorxmayasan. • İmanlı bir şəxs heç vaxt öz şəhvətinə məğlub olmaz və qarnı onu rüsvay etməz. • Allah-taala qafil qəlblə edilən duanı qəbul buyurmaz. Ona görə də agah qəlblə dua et və duanın qəbul olacağına əmin ol. • Böyüklərimizə ehtiram göstərməyən, kiçiklərimizə isə rəhm etməyən kəs bizdən deyil. • Bizim vilayətimiz (hakimiyyətimiz) Allahın hakimiyyətidir. Heç bir peyğəmbər bu vilayətsiz məbus edilməmişdir. • Başqasının sirri üzərindən pərdəni götürənin öz evinin sirləri aşkar olar. • Qardaşına quyu qazan özü düşər. • Qadınlarınızın pak qalması üçün gözünüzü xalqın namusundan çəkin. • Mömin başqaları ilə keçinir və kimsə ilə əsla didişmir. • Dolanışıqda orta həddi gözləyən şəxs heç vaxt fəqir olmaz. • İnsanın daxili islah olarsa, zahiri rəftarı möhkəmlənər. • Tənbəllik və hövsələsizlikdən uzaq ol. Çünki bu iki hal bütün pisliklərin başlanğıcıdır. [b]İmam Kazim ə. • Allahdan qorx, haqqı söylə - sənin məhvin onda olsa da belə! • Uzun yaşayacağınzı özünüzə təlqin etməyin.Çünki bu adamı həris edər (tamahlandırar). • Nəfsinlə cihad et ki, onu faydasız həvəslərdən çəkindirəsən. • Allahın göndərdiyi bütün peyğəmbərlər səxavətli olmuşlar. • Öz (din) qardaşının qeybətini edən şəxs məlundur. • Allahdan qorx, haqqı söylə - sənin məhvin onda olsa da belə! • Öz (din) qardaşını aldadan şəxs məlundur. • Öz (din) qardaşına nəsihət verməyən (onun yaxşılığını istəməyən) şəxs məlundur. • Mömin tərəzinin iki gözü kimidir – imanı artdıqca, bəlasıda artar. MUSELMAN.WS
| |
|
Всего комментариев: 1 | |
|