NAMAZ
VƏ ONUN TƏ`SİRİ
1–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: "Namazını
yüngül sayanlar məndən deyil. Allaha and olsun ki, belə bir şəxs mənim yanıma
(Kovsər hovuzuna) gələ bilməz. (Yə`ni belə
şəxs ümmətin yaxşı adamlarının Peyğəmbərin mərhəmət və lütfünə şamil olduqları
yerə daxil olmaz və həzrətin ümmətindən sayılmaz)”
Mən
layəhzuruhul-fəqih. c.1,s.206.
***
2–İmam Sadiq əleyhissalam buyurur: Əgər
sizlərdən birinin qapısından bir çay axsa və o şəxs hər gün orada beş dəfə
yuyunsa onun bədənində çirk qalarmı? Həqiqətən namaz belə bir çaya bənzəyir.
Namaz qılan şəxsin namazı onun günahlarının kəffarəsidir. Amma şəxsin imandan
çıxıb kafir olmasına səbəb olan günahlar heç vaxt yuyulmaz və belə şəxs həmin
günahda qalar.
Biharul-ənvar
/82/236.
***
3–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: "Vacib namaz
Allah yanında yaxşı qəbul olunmuş min həcc və min ümrəyə bərabərdir.”
Biharul-ənvar , c.99,
s.14.
***
4–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Öz
namazlarınızı (onun düzgün oxunmasına əhəmiyyət verməməklə) heç etməyin.
Həqiqətən hər kəs namazın vaxtına və düzgün olması məsələlərinə riayət etməsə,
Qarun və Haman ilə birlikdə məhşərə daxil olacaqdır və Allaha vacibdir ki, onu
münafiqlərlə birlikdə Cəhənnəm oduna daxil etsin.
Biharul-ənvar
/83/14.
***
5–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: "Namazda elə
halda ol ki, sanki ömrünün axırıncı namazını qılırsan (namazı son dərəcə
hüzuri-qəlblə qıl, e`dam hökmü verilmiş şəxsin e`damdan qabaq qıldığı son namazı
kimi)”.
Biharul-ənvar, c.69,
s.408.
***
6–İmam Əli əleyhissalam buyurur: "Əgər namaz
qılan şəxs Rəbbinin sonsuz rəhmətinin onun halına necə şamil olduğunu bilsəydi
heç vaxt başını səcdədən götürməzdi.”
Təsnifu
Qürərul-hikəm, səh.175.
***
7–İmam Baqir əleyhissalam buyurur: "Qiyamət günü
bəndədən soruşulan ilk əməl namazdır, əgər namaz qəbul olunsa sair əməllər də
qəbul olunacaqdır, əks halda sair əməllər ona heç bir fayda
verməyəcəkdir.”
Biharul-ənvar , c.7,
s.267.
|