Çerşembe, 24/Апреля/2024, 10:52
Приветствую Вас Qonaq | RSS
Bu günün mövzuları
Onliine olanlar
Statistika
Flag Counter
Daxil ol

Unutma!
Sorğu
Кто вы
Cemi cavab: 82
Videolar

اللهEdrikna Ya Mehdi (e.f)!الله

Qəlb təmiz olarsa dildən gözəl sözlər çıxar. Hz Əli (ə.s) ............... Mövzulara rəy yazmağı unutmayın ............

Главная » 2013 » Yanvar » 24 » Pis dost haqqında hədislər toplusu
21:24
Pis dost haqqında hədislər toplusu

196–İmam Sadiq əleyhissalam buyurur: Hər kəs Allah dostlarının barəsində nalayiq danışan bir şəxsin yanında otursa, şübhəsiz Allah-taalaya qarşı günah etmişdir.Kafi /2/379.
197–İmam Sadiq əleyhissalam buyurur: Kaş bir şəxsin günah etməsindən xəbərdar olduqda onun yanına gedib deyərdiniz: Ey filankəs, ya bu günahdan, ya da məndən əl çək. Əgər sənin sözlərinə qulaq asmasa, ondan ayrılın.Vəsailuş-şiə /16/146.
198–Məhəmməd ibni Müslüm İmam Sadiq əleyhissalamdan, o da öz atasından belə rəvayət edib: Atam Əli ibni Hüseyn əleyhissalam mənə dedi: Ey oğul, beş cür insanlarla yoldaşlıq etmə, onlarla danışma və onlarla yol getmə.
İmam Baqir əleyhissalam soruşdu: Atacan, onlar kimlərdir, buyurun.
Həzrət buyurdu…
Yalançılarla yoldaşlıq etmə, çünki onlar ilğım kimidir, yaxını uzaq, uzağı isə yaxın göstərər.
Fasiq (günahkar) şəxslərlə yoldaşlıq etmə, çünki onlar səni bir tikə çörəyə, yaxud ondan da az qiymətə satar.
Paxıllarla yoldaş olma, çünki ehtiyaclı olduğun vaxtda səni maldan məhrum edər.
Axmaq şəxslərlə yoldaş olma, çünki o sənə xeyir çatdırmaq istəyər, amma nadanlıq ucbatından zərər yetirər.
Qohum-əqrəbası ilə əlaqələrini kəsən bir şəxslə yoldaşlıq etmə, çünki mən Allahın kitabında onu üç yerdə lə`nətlənmiş gördüm.Kafi /2/641.
199–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Ey Kumeyl, hər bir halda haqqı de və müttəqiləri, pərhizkarları sev, fasiq (günahkar və nadürüst) adamlardan uzaq ol, münafiqlərlə yoldaşlıq etmə, xainlərlə bir yerdə oturub-durma.
Müstədrəkul-vəsail /12/197.
200–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Hər kəs öz mö`min və dindar qardaşının bir dünya qəm-qüssəsini aradan qaldırsa, Allah-taala da o şəxsin qiyamət qəm-qüssəsindən birini aradan aparar.Əəhabul-əxbar /194.
201–İmam Hüseyn əleyhissalam buyurur: Həqiqətən insanların sizə olan ehtiyacı Allah-taalanın sizə əta etdiyi ne`mətlərdəndir. Belə isə bu ne`mətlərdən yorulmayın (ehtiyacı olanların ehtiyacını tə`min edin).Biharul-ənvar /74/318.
202–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Sizlərdən bir şəxs, müsəlman qardaşının çətinliyə düşdüyünü bilsə, dərhal onu həll etsin və macal verməsin ki, o, öz istəyini dilinə gətirsin.Biharul-ənvar /74/166.
203–İmam Sadiq əleyhissalam öz babalarından və onlar da Rəsuli-əkrəmdən (s.ə.v.v.) belə nəql edir ki, Həzrət buyurmuşdur: Hər kəs bir mö`min şəxsi aclıqdan qurtarıb ona təam versə, Allah-taala ona cənnət meyvələrindən əta edər. Hər kəs bir şəxsin çılpaqlığını libas ilə örtsə, Allah-taala onu istəbrəq və ipəklə geyindirər. Hər kəs susuz şəxsə bir içim su versə, Allah-taala rəhiqi-məxtum ilə onu sirab edər. Hər kəs bir mö`minə kömək etsə və ya onun çətinliklərinə kömək edib aradan qaldırsa, Allah onu qiyamət günündə Öz ərşinin kölgəsində qərar verər.Biharul-ənvar /74/382.
204–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Xalq (insanlar) Allahın əyalıdır (çörək yeyənləridir) Allah bəndələri içərisində Onun dərgahına ən sevimli şəxs Allahın çörək yeyənlərinə fayda verən və hər hansı ev əhlinə şadlıq bağışlayandır.Kafi /2/164.
205–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Hər kəs bir mö`minə kömək etsə, Allah onun yetmiş üç çətinliyini aradan qaldırar. Onlardan biri dünyada, yerdə qalan yetmiş ikisi isə böyük çətinliklər günündədir. Sonra buyurdu: Hər kəs yalnız öz halına məs`ul olan zaman (yə`ni hər kəs öz əməlinin giriftarı olduğu qiyamət günü).Kafi /2/199.
206–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Hər kəsin müsəlman qardaşı ona müraciət etsə (yə`ni ondan borc istəsə) amma o borc verməsə Allah-taala ehsan sahibinə mükafat verdiyi bir gündə onu cənnətdən məhrum edər.Biharul-ənvar /76/369.
207–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Hər kəsin müsəlman qardaşı borc almaq üçün ona müraciət etsə və o da borc verməsə, Allah-taala qiyamət günü ehsan sahiblərinə mükafat verərkən onu cənnətdən məhrum edər.Biharul-ənvar /76/367.
208–Rəsuli-əkrəm (s.ə.v.v) buyurur: Alimlərdən soruşun, hikmət sahibləri ilə həmsöhbət olun və fəqirlərlə oturub-durun.Tuhəful-üqul /34.
209–İmam Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Mal-dövlətin, sərvətin aradan getməsinin səbəbi möhtaclara e`tinasız yanaşmaqdadır.Ğürərul-hikəm /4/190.
210–Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Me`rac gecəsində Allah-taaladan xitab gəldi: Ey Əhməd, Mənim məhəbbətim kasıbları və fəqirləri sevməkdir. Belə isə fəqirləri özünüzə yaxınlaşdırın, onlara öz yanınızda yer verin ki, Mən də sizə yaxın olum.Əl-həyat /2/51.
211–İmam Sadiq əleyhissalam buyurur: Hər kəs ac bir mö`minə doyunca yemək versə, aləmlərin Rəbbi Allahdan başqa heç kəs, hətta məxluqat içərisində müqərrəb mələk və mürsəl nəbi də onun əcr və savabını bilməz. (Sonra buyurdu): Günahların bağışlanma səbəbindən biri də ac müsəlmana təam verməkdir. (Daha sonra bu ayəni tilavət etdi…) ...Yaxud öz qohumlarından olan yetimə və ya qəhətlik və aclıq günündə ağır vəziyyətdə olan miskinə təam verən... (ki, hər biri bir növ bağışlanma səbəbidir. Red.)
Kafi /2/201.
Категория: Hedisler | Просмотров: 2556 | Добавил: Muselmanka | Рейтинг: 0.0/0
Всего комментариев: 1
29/Июля/2013
1. leyla [Material]
cox gozel

Имя *:
Email *:
Код *: