Şembe, 20/Апреля/2024, 04:41
Приветствую Вас Qonaq | RSS
Bu günün mövzuları
Onliine olanlar
Statistika
Flag Counter
Daxil ol

Unutma!
Sorğu
Кто вы
Cemi cavab: 82
Videolar

اللهEdrikna Ya Mehdi (e.f)!الله

Qəlb təmiz olarsa dildən gözəl sözlər çıxar. Hz Əli (ə.s) ............... Mövzulara rəy yazmağı unutmayın ............

Главная » 2014 » Oktyabr » 15 » Zaman bizi gözləmir
14:19
Zaman bizi gözləmir

Zaman bizi gözləmir. Hər gün ömürdən gedir. Günlər getdikcə biz də axirətə yaxınlaşırıq. Qızıldan qiymətli günlərimizi gəlin boşa sərf etməyək. Bu bizim axirətimiz üçün də xeyirlidir.

Insanlar bu dünyada yaşamaq üçün mübarizə aparırlar. Sanki dünyada əbədi qalacaqlarmış kimi. Heç bir əqilli insan axirətinə azuqə toplamamış dünyadan köçməz.

Gəlin görək bu haqda Allah təala Quranda bizə nə buyurur?

"Mən insanları və cinləri yalnız Mənə ibadət etmək üçün yaratdım!" (Zariyat 56)

Bəli, biz bu dünyaya axirətimiz üçün azuqə toplamağa gəlmişik. Nə yazıq ki, bəziləri bu azuqəni toplamağa vaxtımız yoxdur deyir. Hər şeyə vaxt tapır: yeməyə, içməyə, gəzməyə, əylənməyə, saatlarla telefonla danışmağa və s. Amma namaza gələndə vaxtımız yoxdur deyirlər. Mən özlüyümdə namaza nə qədər vaxtım gedir, düşünərək hesabladım. Gəlin baxaq.

Sübh namazı – 4 dəqiqə

Zöhr namazı – 8 dəqiqə

Əsr namazı – 8 dəqiqə

Şam namazı – 6 dəqiqə

Xüftən (İşa) namazı - 8 dəqiqə

Cəmi gün ərzində 24 saatın 34 dəqiqəsini Allah rizası üçün namaza sərf etməyə vaxtları yoxdursa, demək günah onların özlərindədir. Allah–təala buyurur: "Siz namaz qılırsız mənə nə xeyiri, qılmırsız mənə nə ziyanı. Bu sizn özünüzə xeyir və ya ziyandır.”

Ancaq dünya üçün gecələr yatmayıb, gündüzlər dincəlməyib hardan olsa qazanc gətirməyə hazır olanlar var. Təki dünyada əziyyət çəkməyim. Bəs axirətin əziyyəti, əzabı necədir? Axirətin əzabının bir damlası belə bu dünyada yoxdur. Keşkə bunu hamı anlayaydı. Əgər anlasaydılar axirəti dünyaya dəyişməzdilər.

Просмотров: 1098 | Добавил: Nura | Рейтинг: 0.0/0
Всего комментариев: 1
25/Марта/2015
1. Ceyhun Efendiyev (WahHuseyn3974) [Material]
Allah razı olsun

Имя *:
Email *:
Код *: